|
Almanlar koronavirusdan çox Trampdan qorxurlar

Almaniya vətəndaşları koronavirusdan çox ABŞ prezidenti Donald Trampdan qorxduqlarını açıqlayıblar.

Ölkənin “R + V” sığorta şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri hər kəsi təəccübləndirib.

Almanların fikrincə, Trampın siyasəti dünyanı daha təhlükəli hala gətirərək, iqtisadi problemlərin üzərini örtüb. Hər halda respondentlərin 53%-i bu yöndə rəy bildirib.

Sorğunun nəticələrinə əsasən, iqtisadi situasiya və Avropa Birliyinin borcları almanlar üçün ikinci və hətta üçüncü plana keçib. Koronavirus almanların gündəmində yalnız 17-ci sıranı tutub.

Qeyd etmək lazımdır ki, “Almanların qorxusu” adı altında keçirilən bu sorğu 1992-ci ildən bu yana gerçəkləşdirilir. Son tədbirdə 2400 vətəndaşın fikri alınıb.