Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev hakim önünə çıxarılıb.
Musavat.com xəbər verir ki, onunla birlikdə rayonun digər həbs edilən vəzifəli şəxsləri də məhkəməyə gətirilib.
Barələrində seçilmiş həbs müddəti bitdiyi üçün istintaq orqanı onlar barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması üçün məhkəməyə təqdimat verib.
Təqdimata Səbail rayon məhkəməsində hakim Mədinə Bağırovanən sədrliyi ilə baxılıb.
Məhkəmə İ.Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb.
Qeyd edək ki, onlar rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. digər əməllərə görə həbs ediliblər.
