|
Rusiyada ötən gün 5 300-dən çox yoluxma qeydə alınıb

Rusiyada koronavirusa yoluxanların sayı 1,04 milyon nəfəri keçib.

Musavat.com-un məlumatına görə, ölkədə son sutka ərzində 5 min 363 nəfər virusa yoluxub, 128 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 milyon 46 min 370 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 18 min 263 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 862 min 373 nəfər virusdan sağalıb, 165 min 734 nəfərin müalicəsi isə davam edir.