Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar artıq ödənib.
Bunu APA-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.
Onun sözlərinə görə, pensiya vəsaitləri həmin şəhər və rayonlarda qeydiyyatda olan pensiyaçıların hesablarına köçürülüb. Vətəndaşlar pensiyalarını "Beynəlxalq Bank"dan və "Kapital Bank"dan verilmiş bank kartları vasitəsilə həmin bankların bankomatlarından əldə edə bilərlər.
Respublikanın digər rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə isə pensiyaların ayın 15-də ödənməsi nəzərdə tutulub.
