|
Luis Suaresin “Yuventus”a transferinin detalları müəyyənləşib

İspaniya klubu “Barselona” futbolçusu Luis Suaresin İtaliya təmsilçisi “Yuventus”a keçidinə razılıq verib.

Apasport.az saytının məlumatına görə, klublar arasında anlaşmanın detalları açıqlanıb.

Razılığa əsasən, müqavilə müddəti 2021-ci ilə qədər olan uruqvaylı hücumçu son ilin təzminatından imtina edib. “Yuventus” bu keçid üçün qarşı tərəfə 3 milyon avro ödəyəcək. Həmçinin kataloniyalılar daha 13 milyon avro bonus əldə edə bilər. Bu, turinlilərin Çempionlar Liqasında qrupdan çıxması, bu turnirdəki nəticələri və A seriyasını qazanmasından asılı olacaq.

33 yaşlı ulduz futbolçu isə yeni komandasında 12 milyon avro maaş, həmçinin daha 2 milyon avro mükafat əldə edəcək.

Qeyd edək ki, 2014-cü ildən “Barselona”da çıxış edən Luis Suares ötən mövsüm ümumilikdə 36 oyun keçirib, 21 qol, 10 assistlə yadda qalıb.