|
"Ayrılmadıq, birlikdəyik" - Foto

Marmaris tətilindən sonra ayrıldıqları iddia edilən Çağatay Ulusoy ilə Duygu Sarışın əl-ələ poz veriblər.

 

Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktyorlar birlikdə obyektiv önünə keçərək ayrılıq iddialarına son qoyublar.

Ulusoy və Sarışın birlikdə yaxın dostlarının partisinə qatılıblar. Onlar jurnalistlərin suallarına "Ayrılmadıq, birlikdəyik" qısa cavabını veriblər.