|
Hakan Altun səhnədən gedib?
Türkiyəli müğənni Hakan Altun səhnədən getməsi ilə bağlı yayılan xəbərləri yalanlayıb.

Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə koronavirus pandemiyasına görə hazırda musiqi ilə məşğul olmadığını bildirib:

 

“Musiqini atıb getmək bizim həddimiz deyil. Yalnız o bizi ata bilər”.

Qeyd edək ki, Hakanın səhnədən getməsi haqda xəbərlər onun müğənnilər Demet Akalın və Alişanın verilişinə getməkdən imtina etməsindən sonra yayılıb.