|
İddiaçılar Turnirinin bərpa vaxtı açıqlandı

Koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış şahmat üzrə İddiaçılar Turniri oktyabrın 28-də Rusiyanın Yekaterinburq şəhərində bərpa olunacaq.

"Report"un məlumatına görə, bu barədə Sverdlovsk vilayətinin Şahmat Federasiyasının prezidenti Andrey Simanovski TASS-a açıqlama verib.