Xalq artisti Flora Kərimovanın yeni çəkilən fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
80 yaşlı Xalq artistinin fotosunu Aşıq Mübariz Camalov instaqram səhifəsində paylaşıb.
Kərimovanın pariksiz, makiyajsız görüntüsü, xeyli çəki alması müzakirə mövzusuna çevrilib.
İzləyicilər onun xəstə olub-olmadığı barədə suallar ünvanlayıblar.
F. Kərimovanın yaxınları Musavat.com-a açıqlamasında xalq artistinin səhhətində heç bir problem olmadığını bildirib.
