|
Leyla Əliyeva uşaqlarla

Heydər Əliyev fondunun vitse-prezidenti , MDBMİ-nin Azərbaycan məzunları assosiasiyasının sədri Leyla Əliyeva Sankt Peterburq şəhərinin Admiralteysk rayonunda yerləşən uşaq evinə baş çəkib.

ANS PRESS-in məlumatına görə Leyla Əliyeva uşaqlarla görüşüb, ağır dəri xəstəliyindən əziyyət çəkən 3 yaşlı Nikolasa da baş çəkib.

Leyla Əliyeva uşaq evinə oyuncaq və avadanlıqlar hədiyyə edib.

Müəssisənin əməkdaşları qonağa “ Evdəki kimi” adlı innovasiya layihəsi haqqında da məlumat veriblər. Qeyd olunub ki, 6 nəfər uşağın daxil olduğu qruplarda reabilitasiya aparılır. Qrupun tərkibi dəyişmir. İndi mərkəzdə 60 uşaq yaşayır.