Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, pomidorla yüklənmiş "Ford" markall avtomobil arxadan mişar daşı ilə yüklü olan "KamAz" markalı avtomobilə çırpılıb.
"Ford" markalı avtomobilin sürücüsü ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi zamanı "KamAz"la toqquşan "Ford" markalı avtomobilin sürücüsü dünyasını dəyişib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sürücü Camil Akif oğlu (Soyadı məlum deyil) xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

