Aktyor Çağatay Ulusoy yeni görünüşü ilə gündəmə gəlib.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, sənətçi xeyli çəki alıb və saqqal saxlayıb. Yeni film üçün görünüşünü tamamilə dəyişən Ulusoy bir dostunun toyunda görüntülənib.
Daha sonra isə Çağatayın "Menejerimi ara" serialının 3 bölüm tanıtımında yer alması diqqətdən qaçmayıb.


