Bu mövsüm La Lİqadakı “El-klassiko”ların, “Real” və “Barselona” komandaları arasında keçirilən oyunların tarixləri açıqlanıb.
Matçlardan birincisi 25 oktyabrda, yeddinci həftədə Barselonada “Camp Nou”da oynanacaq, ikincisi isə mövsümün 30-cu həftəsində, 11 apreldə “Santyaqo Bernabeuda olacaq.
Bu komandalar arasında son derbi matçı bu il martın 1-də Madriddə baş tutub və bundan sonra İspaniyada koronavirus yayılmağa başladığı üçün futbol matçları dayandırılıb.
Son oyunda madridlilərin “Barsa” üzərində qələbəsi (2-0) onları La Liqada 1-ci sıraya yüksəldib və onlar çempion olublar.
Əgər heç nə dəyişməsə, oyunlar son 15 ildə Leo Messi olmadan oynanılacaq.
Messi La Liqada 14 qələbə, 6 heç-heçə, 7 məğlubiyyət və 18 qol vurmaqla 27 “El-klassiko” oynayıb. O, yalnız beş “El-klassiko”da oynamayıb. Messi bu oyunların birində ehtiyat oyunçular skamyasında oturub, bir dəfə çağırılmayıb və üçündə isə zədəli olub.
Messinin olmadığı oyunların ikisini “Barsa”, ikisini “Real” qazanıb, biri isə heç-heçə başa çartıb.
Onu da qeyd edək ki, oktyabrın 25-də keçiriləcək derbi “Barsa”nın sükanı arxasına keçmiş Ronald Kumanın ilk sınağı olacaq. O, Kataloniya klubunun Messisiz nəyə qadir olduğunu göstərməyə çalışacaq.
