“2012-ci ilin martından gəldiyim “Xəzər” televiziyasından öz istəyimlə ayrılmağa qərar verdim”.
Bu sözləri “Xəzər Xəbər”in aparıcısı Aqşin Kamal sosial şəbəkədə yazıb. O, televiziyadan öz istəyi ilə ayrıldığını bildirib:
“Televiziyanın rəhbəri Murad Dadaşova qərarımı açıqlayanda özünün də dediyi kimi, mənə böyük qardaş münasibəti sərgilədi. Hətta “Xəzər” televiziyasında qalıb çalışmağımı təkid etdi və fəaliyyətimi çox yüksək qiymətləndirdi. Murad müəllim, bu jestə görə təşəkkür edirəm! Hələ tələbəlik illərindən başlayan 19 illik jurnalistika fəaliyyətim dövründə müxtəlif televiziyalarda müxbir, aparıcı, redaktor, şöbə müdiri, televiziya sözçüsü kimi vəzifələrdə çalışmışam. Bu illər ərzində məni öyrədən və dəstək olan hər kəsdən Allah razı olsun! Haqqınızı halal edin! İnşallah yaxın günlərdə tamam fərqli və yeni bir sahədə işləməyə başlayacağam”.
Qeyd edək ki, son günlər “Xəzər” TV-nin aparıcıları Zaur Kamal, Aytəkin Mərdanova, Tarix Əliyev və Ağakərim Şamidzadə kanaldan uzaqlaşdırılıb. Onlar bundan sonra “Xəzər” TV-yə bağlı olan “Dalğa” TV-də aparıcılıq edəcəklər.
