|
"Biz belorus olmaq istəyirik"- Şuşkeviç

Belarusda yeganə dövlət dili belorus dili olmalıdır.

Axar.az xəbər verir ki, bunu Belarus Ali Sovetinin keçmiş rəhbəri Stanislav Şuşkeviç deyib.

“Bizim ruslarla heç bir qarşıdurmamız yoxdur. Heç vaxt millətlərarası toqquşmamız olmayıb, lakin biz belorus olmaq istəyirik. Rus dili üçün təhdid yoxdur. Dövlət dili yalnız belorus dili olmalıdır, çünki onun başqa vətəni yoxdur”, – deyə o bildirib.

Qeyd edək ki, rus dili Belarusda ikinci dövlət dili statusunu 1995-ci ildə əldə edib.

Musavat.com xatırladır ki, S.Şuşkeviç 1991-ci ilin dekabrında Belovejsk meşəsində SSRİ-nin qəbrini qazan üç adamdan viri olub (digər ikisi Rusiyanın rəhbəri Boris Yeltsin və Ukraynann lideri Leonid Kravçuk) olub.