62 yaşlı Alek Bolduin tezliklə beşinci dəfə ata olacaq.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun 36 yaşlı xanımı Hilariya hamiləliyinin son günlərini yaşayır.
Alek həyat yolaşına sürpriz edərək, parti təşkil edib. Hilarinin hazırlıqlardan və qonaqlardan xəbəri olmayıb.
"İnana bilmirəm ki, Alek mənə bu cür sürpriz edib. O, sirr saxlaya bilmir. Bunu necə gizli edib təəccüblənirəm. Hər şey əla düşünülüb" deyə, aktyorun xanımı söyləyib.

