|
Fərid Xayrulin dünyasını dəyişdi

Azərbaycan fotojurnalistika sənətində dəsti xətti olan Fərid Xayrulin dünyasını dəyişib.

O, dünən vəfat edib.

Qeyd edək ki, tatar əsilli Fərid Xayrulin 1956-cı ildə Bakı şəhərində anadan olub.

O, erməni millətçilərinin Dağlıq Qarabağda törətdikləri terror aktları barədə məlumat təqdim edən ilk fotomüxbirdir: Ağa körpüsünün Şuşa yolunda avtobusun partladılması və başqa faciəvi hadisələr, eləcə də 1990-cı il 20 yanvar faciəsini xarici agentliklərə - AP, France-Presse, Gamma, Sipa, Reuters-ə çatdırıb.

2010-cu ildə Prezidentin sərəncamı ilə Xayrulin Fərid Həbibulla oğluna “Əməkdar Mədəniyyət İşçisi” adı verilib.