FIFA-nın twitter hesabından edilən anketdə “Hansı komandanın azarkeşləri daha qızğın tərəfdardır” sualı qoyulub. Anketə 1 milyon yarımdan çox istifadəçi qatılıb və “Fənərbağça” azarkeşlərinin “Qalatasaray”azarkeşlərindən daha fəal olduğu ortaya çıxıb.
Saat 15: 00-da başlayan sorğu gecə yarısı başa çatıb.Anketə 1 milyon 574 min 203 istifadəçi qatıldı. Sorğuya qatılan istifadəçilərin yüzdə 57,3 “Fənərbağça”ya üstünlük verib. Yerdə qalan 42,7 faizlik istifadəçi “Qalatasaray”ı üstün tutub.
Qeyd edək ki, bu iki İstanbul klubu arasında rəqabət 100 ildən çoxdur davam edir və dünyanın ən ciddi rəqabətlərindən biridir.
