|
Son anda qərarını dəyişən avstraliyalı qadın cek-pota sahib olub

Avstraliyanın Sidney şəhərinin sakini spontan qərarı sayəsində lotereyada 2 milyon dollardan böyük olan cek-potu qazanıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə lotereyanın təşkilatçısı “The Lott” kompaniyası məlumat yayıb.

Avstraliyalı altı il ərzində lotereya biletində eyni rəqəmləri yazırmış, lakin bu dəfə son dəqiqədə kombinasiyanı dəyişərək iri uduşun sahibi olub.

Milyonluq varidatın xoşbəxt sahibi qazandığı pullarla ev və maşın alacağını, həmçinin uşaqlarına kömək edəcəyini bildirib.