Yaşınızı sadəcə təqvim yarpaqları müəyyənləşdirmir. Bədən yaşı, sağlamlıq göstəriciləri ilə də hesablana bilir.Budur, sizə bioloji yaşınızı hesablama testi.
İngilis elm adamları, insanın həqiqi vücud yaşının fiziki sağlamlıq göstəriciləri ilə hesablana biləcəyini qeyd edirYaşlanma mütəxəssisi Professor Robert Weale, bioloji yaşın təqvim yaşından daha çox olduğunu bildirib. Daily Mirror qəzeti də, bioloji yaşı hesablama testi yayıb.
Dəri elastikliyi
Dəri yaşlaşdıqca, kollagen və elastin maddələri azalır və elastikliyini itirir. Əlinizin üzərindəki dəri çimdikləyir kimi tutaraq çəkin və bir dəqiqə bu şəkildə saxlayın. Dəri buraxdıqda yenidən normal, düz hala gəlməsi nə qədər vaxt alır?
1 - 2 saniyə: 30 yaş
3 - 4 saniyə: 40 yaş
5 - 10 saniyə: 50 yaş
11 - 30 saniyə: 60 yaş
31 - 45 saniyə: 70 yaş
45 saniyənin üzərində: 80 yaşlarındasınız
Reaksiya vermə
Reaksiya vermə sürəti yaşlandıqca azalır. Bunu ölçmək üçün, yazı yazarkən istifadə etdiyiniz əlinizi açın və bir dostunuzdan əlinizin üzərində 45 cmlik bir cədvəl tutmasını istəyin. Cədvəli buraxanda yaxalayın. Tutduğunuz yer, nə qədər sürətli reaksiya ver göstərir. Cədvəli tutduğunuz yer:
14 sm-ə qədər: 20 yaş
15 - 24 sm: 30 yaş
25 - 29 sm: 40 yaş
30 - 35 sm: 50 yaş
40 sm və üstü: 60 yaşlarındasınız
Beyin gücünüz
100-dən 0-a qədər 7- 7 sayın. Nə qədər müddətdə saya bilirsiniz?
25 saniyədən çox zehni yaşlanma göstəricisidir.
20 saniyədən az: 40 aşdan aşağı
25 saniyə: 40 - 60 yaşlarındasınız
Əmin olmaq üçün bir test daha edin. Bir dəqiqə ərzində ağlınıza neçə dənə meyvə və tərəvəz adı gəlir?
60 yaşından az olanlar, ən az 15 meyvə adı tapa bilər.
Tarazlıq
Sağ ayağınızı 45 dərəcə maili halda tutaraq sol ayağınızın üzərində dayanın, əllərinizi də budunun üzərinə qoyun və gözlərinizi bağlayın. Balansınızı itirib, sağ ayağınızı yerə qoymadan nə qədər dayana biləcəyinizi ölçün. Bu hərəkəti bir neçə dəqiqə fasilə ilə 3 dəfə təkrar edin və bu şəkildə orta hesabla nə qədər dayanırsınız, hesablayın.
70 saniyədən artıq: 20 yaş
60 - 69 saniyə: 30 yaş
50 - 59 saniyə: 40 yaş
40 - 49 saniyə: 50 yaş
30 - 39 saniyə: 60 yaş
20 - 29 saniyə: 70 yaş
19 saniyədən az: 80yaş.
CİA.AZ
