|
Ceyhun Bayramov Rusiyaya səfərə gedib

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb.

Bu barədə  Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

Səfər çərçivəsində Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.