Məlum olduğu kimi, “Bavariya” dünən Çempionlar Liqasının Lissabondakı Estadio da Luz stadionunda keçirilən final qarşılaşmasında Fransanın “Paris Saint-Germain” komandasını 1-0 hesabıyla məğlub etdikdən sonra Avropa çempionu olub.
Alman tərəfində gecənin qəhrəmanı Kingsli Koman “Bavariya"nın 6-cı dəfə Çempionlar Liqasını qazanmasında komandasına mükəmməl kömək göstərib.
Bundesliga klubunun Çempionlar Liqasını qazanması həm də builki uğurlarının kulminasiya nöqtəsi olub. Belə ki,onlar bu il 11 matçda 11 qələbə qazanıblar.
"Marca"nın təsbitinə görə, “PSJ” üçün Çempionlar Liqasının ilk finalı çox əsəbi ortamda keçib. “Bavariya” müdafiəçiləri “PSJ”nin təhlükəli oyunçuları olan Neymar və Mbappeyə göz açmağa imkan verməyiblər. Onlar da əllərinə düşən imkanlardan yararlana bilməyiblər.
Qarşılıqlı kobudluqlar şəraitində keçən matçda "Bavariya"dan Devis, Gnabri, Süle, “PSJ”-dən Paredes Neymar, Tiaqo Silva, Kurzava sarı vərəqə alıblar.
