|
Bakıda avtobusların intervalında gecikmələr yaranıb - FOTO

Hazırda Qara Qarayev prospekti - "Dakar" dairəsi istiqamətində və dairə ətrafında nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, sıxlıq səbəbindən Q.Qarayev prospektindən keçən 20-dən artıq müntəzəm və ekspres xətlər üzrə avtobusun intervalında gecikmələr yaranıb.