Bakının Rəşid Behbudov və Füzuli küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Facebook" səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, ərazidə sıxlıq olmaması üçün Rəşid Behbudov küçəsində svetoforlara yaşıl dalğa əmri tətbiq edilir.
