|
Melisa və Sərkanın yeni serialının yayım tarixi bəlli oldu - Foto

Türkiyəli aktrisa Melisa Aslı Pamukla aktyor Sərkan Çayoğlunun baş rollarını canlandırdığı “Yeni hayat” serialının yayım tarixi bəlli olub.

Axşam.az xəbər verir ki, bu barədə Sərkan Çayoğlu məlumat verib.

 

Alış-veriş mərkəzindən çıxarkən görüntülənən aktyor yeni serialına görə həyəcanlı olduğunu bildirib:

"Çəkilişlər yaxşı keçir. Artıq işlərin sürətini artırmışıq. İki həftədən sonra tamaşaçıların görüşünə gələcəyik".

Qeyd edək ki, ekran işi "Kanal D"də yayımlanacaq.