Məhkəmə və prokurorluq qərar verdiyi zaman müxalifət lideri Xuan Quaydonu həbs etməyə hazıram.
Axar.az xəbər verir ki, bu sözləri Venesuela prezidenti Nikolas Maduro deyib.
“Prokurorluq və məhkəmə onun (X.Quaydo) həbsi ilə bağlı qərar qəbul etsə, onu yerinə yetirmək üçün əlim əsməyəcək”, - deyə dövlət başçısı bildirib.
