|
Hacıqabulda iki maşın toqquşub, 5 nəfər yaralanıb - FOTO

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində 2 “Mercedes” toqquşub.

APA-nın məlumatına görə, qəza nəticəsində 5 nəfər yaralanıb. Yaralıların hamısı Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti ağırdır.