|
Bu pəhrizlə 3 günə 5 kiloqram arıqlayın

Yay fəsli olduğundan kök insanlar sürətlə arıqlamağa can atır.

 

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, dietoloqlar bunun üçün kartof və qatıq pəhriz menyusunu məsləhət görürlər. Bu diet sadəcə 3 gün və 3 ay fasilə ilə həyata keçirilməlidir. Üstəlik 3 gün ərzində hər gün 3 litr su içməlisiniz. İçki kimi isə yaşıl çay ən yaxşı vasitə göstərilir.
 
Şəkər xəstələrinə isə “kartof pəhrizi” məsləhət görülmür.

3 gün ərzində 5 kiloqram çəki atmağa kömək edən kartof dietinin tətbiqi:

Səhər: 1 ədəd orta böyüklükdə qaynadılmış kartof, 1 kasa qatıq

Günorta: 2 ədəd orta böyüklükdə qaynadılmış kartof, 1 kasa qatıq

Axşam: 1 kasa qatıq