|
Azərbaycanlı məşhurlar Ukraynaya toya getdilər FOTO

Koronavirus pandemiyası səbəbindən martın 15-dən etibarən Azərbaycanda toyların, el şənliklərinin keçirilməsi qadağan edilib. Lakin bəzi ölkələrdə, o cümlədən, Ukraynada bu məsələ ilə bağlı qaydalarda yumşalma var. 

Müğənnilər Azərbaycanda toyların olmamasından şikayət etsələr də görünən budur ki, hələ ki, bir müddət də ölkədə el şənliklərinə qoyulan qadağa davam edəcək.

Bunu görən müğənnilərimiz də artıq Rusiya, Ukrayna toylarına üz tutmağa başlayıb.

Musavat.com xəbər verir ki, tanınmış toy aparıcısı Pünhan İsmayıllı ilə müğənni Türkan Vəlizadə Xarkovda keçirilən toy məclisinə dəvət alıb. Onlar el şənliyində olmaları ilə bağlı sosial şəbəkədə paylaşım edib.