|
Bakıda evdən 12 min manatlıq oğurluq olub

Bakıda evdən oğurluq olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisindəki evlərin birindən 12000 manat dəyərində elektrik məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Məmmədova saxlanıb.