|
Qulini Rövşənin adamları öldürməyib, sifariş ordandır...

Nadir Səlifovun qətlində mərhum Rövşən Lənkəranskinin adamlarının əli yoxdur. "Rövşənin qisası alındı" tipli iddialar puç və absurddur.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış araşdırmaçı-jurnalist Elçin Aloğlu bildirib.

O deyib ki, ümumiyyətlə, Nadirin qətli çox müəmmalıdır:

“Onu öz adamı güllələdi” versiyası primitivdir. Səlifovun ölüm fərmanı Rusiyada verilib”.