Neyrocərrahiyyə Xəstəxanasına yeni direktor təyin edilib.
Bu barədə TƏBİB məlumat yayıb.
Bildirilir ki, bu vəzifəyə Fərhad Rüfət oğlu Həsənov təyin olunub. Məlumata əsasən, təyinat avqustun 7-də olub.
Qeyd edək ki, F. Həsənov Mərkəzi Neftçilər Xəstəxanasının Radiologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
