|
Tramp: “Obama dövrü tarixdə ən korrupsiyalaşmış administrasiya olub”

ABŞ prezidenti Mişel Obamaya səsləndi: “Oturun və bizim uğurlarımıza tamaşa edin”

Birləşmiş Ştatlar prezidenti Donald Tramp ölkənin keçmiş birinci ledisi Mişel Obamanın onu “ABŞ-a yaraşmayan dövlət başçısı” adlandırmasına olduqca ağrılı reaksiya verib.

“Obama-Bayden administrasiyası ölkə tarixində ən korrupsiyalaşmış idarələrdən sayılır. Üstəlik bu adamlar mənim kampaniyamı izlədərək, ölkəmizdə ən böyük siyasi qalmaqala imza atıblar”,-deyə o tvitter hesabında yazıb.

ABŞ dövlət başçısı bunu “xəyanət və ondan da artıq bir şey” hesab etdiyini bildirib.

“Mehriban sözlərinizə görə də çox sağ olun, Mişel”,-deyə Donald Tramp istehza ilə əlavə edib. Lakin prezident Trampın ürəyi bununla da soyumayıb.

“Mənim komandan tarixdə ən böyük iqtisadiyyatı qurub, milyonlarla insanı xilas edib. İndi biz daha böyük iqtisadiyyatı qurmağı planlaşdırırıq. Yeni iş yerləri açılır. NASDAQ (birja indeksi-red.) artıq rekord səviyyədədir. Oturun və tamaşa edin!”,-deyə Ağ Evin rəhbəri yazıb.