|
Avropa Parlamentinin sosial-demokratları Bakıya qarşı

Avropa Parlamentinin sosial-demokratlar qrupu Avropa İttifaqını Belarusla yanaşı  Azərbaycanı da  Aİ “Şərq Tərəfdaşlığı” proqramından çıxarmağa çağırıb. Bəs “Şərq Tərəfdaşlığı” proqramı Azərbaycanın marağındadırmı? Sosial-demokratlar qrupu Avropa Parlamentində yetərli səs baxımından nə qədər mötəbər söz haqqına sahibdir? Çağırışları hansı effekt verər?

Hakim Yeni Azərbaycan Partiyasının deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki,  Avropa Parlamenti Avropa Birliyinin üç əsas struktur vahidlərindən biridir və əsas funksiyası Avropa qanunlarını elan etmək, qəbul edilmiş qanunlara demokratik nəzarət etmək və bir də Şura ilə birlikdə büdcəyə dair qərarlar verməkdir. Bu çərçivədə müxtəlif proqram və  layihələr  də həyata keçirilir ki, bu da ayrı-ayrı ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərilə  əlaqədardır. Avropa Birliyi ilə Azərbaycanın tərəfdaşlıq münasibətlərinə gəldikdə isə bu prosesdə Azərbaycan daim öz milli maraqları çərçivəsində hərəkət etməklə dinamik münasibətlərini davam etdirir: “Elə bu il Avropa Parlamentində ”Avropa Parlamentinin iyun sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti, Aİ-nin «Şərq Tərəfdaşlığın» proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə" adlı qətnamənin qəbul edilməsi də Azərbaycanın diplomatik qələbələri siyahısına daxil olmaqla bərabər, həm də Avropa İttifaqının prinsipial mövqeyini əks etdirən bir sıra ciddi müddəalardan ibarətdir.

Hikmət Babaoğlu: Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc ...

Hikmət Babaoğlu: “Ən böyük və həlledici fraksiya sosial-demokratlar deyil”

Həmin qətnamədə Avropa Parlamenti regiondakı üç dövlətin ərazi bütövlüyünü dəstəklədiyini birmənalı şəkildə ifadə edir, erməni tərəfinin manipulyasiya etdiyi “təyini-müqəddərat hüququ”nun adını bircə dəfə də çəkməyir və beləliklə erməni tərəfini bu sənədi istədikləri kimi interpretasiya etmək imkanından məhrum edir. Ancaq nəzərə almaq lazımdır ki, Avropa Parlamentinin 732  deputatı var və onların hamısının hər hansı bir məsələ ilə bağlı fərqli mövqeləri ola bilər. Fraksiyalara gəldikdə isə deputat korpusunun cəmisi dörddə biri fraksiyalaşıb. Bu isə səs vermədə o qədər də təsirli olmur. Üstəlik 7 fraksiya var və onların müxtəlif məsələlərlə bağlı müxtəlif mövqeləri olur. Ən böyük və həlledici fraksiya isə Avropa Xalq Partiyası ( Xristian Demokrat ) fraksiyasıdır. Sosial demokratlar fraksiyası güclü deyil. Zaman-zaman bəzi kiçik ölkələrin təmsilçiləri  erməni lobbisinin və islamafob mərkəzlərin təsiri  ilə Azərbaycan əleyhinə müəyyən təxribatlara əl atırlar. Görünür bəhs etdiyiniz məsələ də belə cəhdlərdən biridir".

Xalqlar sülhə hazır deyil"

Əvəz Həsənov: “Sosial-demokratlar qrupunun təklifi mənasızdır”

Siyasi analitik Əvəz Həsənov isə bildirdi ki, Avropa Parlamenti sosial-demokratlar qrupunun təklifi başdan ayağa mənasız bir təklifdir. Şərq tərəfdaşlığı 6 ölkə üçün düşünülüb. Onların bu proqrama salınması onları Avropa inteqrasiya proseslərinə cəlb etməklə yanaşı Avropa İttifaqının özü üçün təhlükəsizlik zolağı yaratmaq məqsədilə edilib:“Hər iki ölkə Avropa İttifaqı ilə «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində çoxlu addımlar atıb, inteqrasiya üçün paralel sənədlər imzalayıb. Həmin sənədləri kənara qoyub birdən-birə ölkəyə demək ki, sən artıq inteqrasiya üçün yaramırsan inanılan məsələ deyil.

Azərbaycan bütün iqtisadiyyatının əsasını təşkil edən neft və qaz ixracını Avropaya kökləyib. Belarusun kənd təsərrüfatı Avropa üçün xammaldır. Eyni zamanda Rusiyanın sanksiyalar altında olduğu dövrdə Avropa malları ilə təmin olunmasında Belarusun rolu böyükdür. İndi Rusiyanı sanksiyalardan xilas etmək arzusunda olan Almaniya, Fransa, İtaliya kimi dövlətlər necə ola bilər ki, Belarusu sanksiyalar ilə boğsunlar? İnandırıcı görünmür. Azərbaycan ilə bağlı da eyni məsələ. Azərbaycan özü Avropa üçün münbit bazar və xammal mənbəyidir. Ona qarşı sanksiyalara elə həmin üç dövlət də razı olmazlar. Odur ki, Avropa Parlamentindəki sosial-demokratlar qrupunun gücü bu çağırışlarını qəbul etdirməyə yetməz".