|
Lukaşenko ilə Putin arasında növbəti telefon danışığı olub

Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin arasında növbəti telefon danışığı olub.

APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, bu barədə "BelTA" agentliyi məlumat yayıb .

Bildirilib ki, telefon danışığı zamanı Putin Lukaşenkonu Merkel və Makronla apardığı müzakirələr barədə məlumatlandırıb.