|
NATO-dan Lukaşenkoya cavab: "Sülhü qorumaq məqsədi güdürük"
NATO-nun Şərqi Avropadakı mövcudluğu ciddi şəkildə müdafiə olunur, təhlükə yaratmır, münaqişələrin qarşısını almaq və sülhü qorumaq məqsədi güdür”. APA bildirir ki, bu barədə “RİA Novosti”-yə Şimali Atlantika Alyansının rəsmi nümayəndəsi Oana Lunqesko bildirilib. Oana Lunqesko deyib ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko NATO qoşunlarının Belarus qapılarına yaxınlaşdığını söyləyib: “Ölkənin qərb sərhədlərində hərbi gücün qurulması prosesi mövcuddur. Bundan əvvəl də Lukaşenko NATO-nun Polşa və Litvada hərbi təlimlərinin keçirildiyindən narahatlığını bildirmişdi”.