|
Pambıq paltarlar koronavirusdan qoruyur?
Pambıq qumaşdan hazırlanmış paltarlar COVID-19-dan qoruya bilər. “Report” “İzvestiya”ya istinadən xəbər verir ki, bu qənaətə Kanadanın İctimai Səhiyyə Agentliyi və Manitoba Universitetinin alimləri gəlib. Araşdırmanın nəticələrinə əsasən, 100% pambıq qumaşda olan virusun deqradasiyaya uğraması üçün 1 sutkadan da az vaxt lazım olub. “Şkafa qoyulmuş pambıq paltarı bir sutka sonra təhlükəsiz hesab etmək olar”, - Moskva Fizika və Texnologiya İnstitutunun aparıcı elmi işçisi Stanislav Otstavnov vurğulayıb. Mütəxəssis qeyd edib ki, bu materialın sanitar üstünlüklərindən hər kəs istifadə edə bilər. O bildirib ki, üçqat qumaşdan hazırlanmış pambıq maskalar eynən cərrahi geyim qədər yüksək müdafiəyə malikdir. Onun sözlərinə görə, bu cür maskalar koronavirusun yayılmasına səbəb olan respirator damcıların qarşısını yaxşı kəsir.