Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Məmmədov Nicat Muxtar oğlunu maşın vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.