|
Qərb bölgəsində leysan yağış yağır, güclü ildırım çaxır
Qərb bölgəsinin dağ rayonlarına leysan xarakterli yağış yağır, yüksək ərazilərə ildırım düşüb. "Report"un Qərb Mərkəzinin məlumatına görə, Daşkəsən və yaxın digər rayonlarda küləklə müşahidə olunan leysan yağış yağır. Daşkəsən rayonunda çaxan güclü ildırımın bir neçə dəfə dağlıq ərazilərə düşdüyü müşahidə olunub. Bölgədə hava şəraitinin hər hansısa ciddi fəsad törədib-törətmədiyi barədə hələ ki, məlumat yoxdur. Hazırda yağıntılı hava şəraiti davam edir və dağlıq rayonlarda güclü ildırım çaxır. Yaxıntılı hava şəraiti Gəncə şəhərində də müşahidə olunur.