|
Texasda baş verən atışmada üç polis əməkdaşı yaralanıb
ABŞ-ın Texas ştatında silahlı insident baş verib. "Report" "TASS"a istinadən xəbər verir ki, hadisə Amerikanın Sida Park ərazisində qeydə alınıb. Bildirilir ki, atışma zamanı 3 polis əməkdaşı ağır yaralanıb. Yerli polis idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, şübhəli şəxs hələ tutulmayıb. İlkin məlumatlara görə, polis çağırışla mənzilin binasına gedib.