Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Musavat.com xəbər verir ki, təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində paylaşılıb:
“Pakistan İslam Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik. Azərbaycan və Pakistanın güclü dostluq və tərəfdaşlıq münasibətləri var. Bu əlamətdar gündə qardaş Pakistan xalqına cansağlığı, sülh və firavanlıq diləyirik”.
