|
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var -FOTO

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. “VAZ-2106” markalı avtomobil “Mercedes” markalı maşınla toqquşub.

Qəza nəticəsində bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.