|
Prezidentin nəvəsi rep oxudu, çoxsaylı izləyici qazandı

Azərbaycan prezidenti İlham Əliyevin nəvəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın oğlu Əli Ağalarov sosial şəbəkədə paylaşdığı video ilə diqqət çəkib. 
 12 yaşlı Əli Ağalarov sosial şəbəkədə oxuduğu repin videosunu yayıb.  O, təqdimatı avqustun 14-ə planlaşdırılan ilk mahnısının anonsunu özünün "İnstagram" səhifəsində edərək, klipin bir hissəsini paylaşıb.

Əlinin ilk mahnısı ilə bağlı paylaşımı 28 mindən çox izləyici tərəfindən izlənilib, təbrik şərhləri yazılıb.