|
Bakıda dənizdə batma təhlükəsi ilə üzləş 12 nəfər xilas edilib

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bilgəh, Mərdəkan, Pirşağı və Şüvəlan sularda xilasetmə məntəqələrinin ərazisində 12 nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-dən APA-ya verilən məlumata görə, onların hər biri nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən xilas edilib.