|
Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü keçirilir

Türkiyədə səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov  həmkarı Mövlud Çavuşoğlu ilə görüşür.

Musavat.com xəbər verir ki, nazirlərin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş olacaq. Sonra nazirlər görüşün yekunlarına dair mətbuat konfransı keçirəcəklər

 "Report"un yerli bürosuna Türkiyənin Xarici İşlər nazirinin sözçüsü Hami Aksoy deyib ki, Türkiyənin Xarici İşlər Nazirliyində baş tutan təkbətək görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq, qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Mediaya qapalı görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Hər iki nazir jurnalistlərin suallarını cavablandıracaq.

M.Cavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edən C.Bayramovun sözügedən ziyarəti onun Xarici İşlər naziri kimi ölkə xaricinə ilk səfəridir.