|
"Altı ayda 2 milyon insana pensiya verilib" - Sahil Babayev

Məşğulluq xəritəsi hazırlanır. Hər regionun əmək qüvvəsinə ehtiyacı analiz ediləcək.

Musavat.com xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev prezidentin məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı tapşırıqlarına həsr edilən mətbuat konfransında bildirib.

S.Babayev əlavə edib ki, 6 ay ərzində 2 milyon insana pensiya və təqaüdlər ödənib. Nazir qeyd edib ki, pandemiya dövrü olsa da, əvvəlki dövrlə müqayisədə 27 faiz artım olub. S.Babayev deyib ki, bu, dövlətin sosialyönümlü siyasətinin nəticəsidir.