65 yaşdan yuxarı vətəndaşlara xidmət davam etdirilir. Əlilliyi olanlara kömək göstərilir. 200 min ərzaq payı nazirlik tərəfindən təqdim olunub.
Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev prezidentin məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı tapşırıqlarına həsr edilən mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, ASAN və DOST könüllüləri ciddi dəstək verib. S.Babayev bildirib ki, bütövlükdə pandemiya dövründə Azərbaycan xalqı həmrəylik nümayiş etdirib.
