|
Türk əsgərlərə hücum edildi

PKK terror təşkilatı türk əsgərlərə atəş açıb.
Cia.az-ın "yenişafak"a istinadən verdiyi məlumata görə, PKK terrorçuları Ağrının Diyadin bölgəsində ağac əkmə tədbirləri üçün təhlükəsizlik hazırlıqları görən əsgərlərə atəş açıblar. 
Qarşıdurma nəticəsində 4 türk əsgərin yaralandığı bildirilib. 
Atışmanın hələ də davam etdiyi və bölgəyə çox sayda əsgərin cəlb olunduğu deyilir. 
Kəşfiyyatçılar və hərbi helikopterlər də əraziyə yollanıblar. İtkilər barədə hələlik ətraflı məlumat verilmir.