|
Yağış, külək, qar...-

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Hidrometeorologiya Departamentindən Cia.az-a daxil olan xəbərə görə, mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturu  gecə 4-6° isti, gündüz  8-12° isti, Bakıda gecə 4-6° isti, gündüz  9-11° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət  85-95 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir  yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz ayrı-ayrı  rayonlarda yağışda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman.  Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  1-6° isti olacağı gözlənilir.