|
Ermənistanda koronavirusdan ölənlərin sayı 770-ə çatıb

Ermənistanda daha 288 nəfərdə koronavirus aşkarlanıb.

Musavat.com xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 39 min 586-ya yüksəlib.

Ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 770-yə çatıb. İndiyədək 30 min 50 nəfər infeksiyadan sağalıb.